Yayın ən gözəl günlərini Şuşada yaşayın – Avqust rezervasiyalarına 15% endirim!
Yayın ən gözəl günlərini Şuşada yaşayın – Avqust rezervasiyalarına 15% endirim!
Yayda Qarabağın qəlbində nəfəs kəsən bir tətil sizi gözləyir. Şuşanın füsunkar təbiəti, dağ havası və əsrlərlə yaşı olan mədəni irsi ilə bürünmüş küçələrində gəzmək, burada həm ruhunuzu, həm bədəninizi istirahət etdirmək üçün indi ən doğru zamandır.
Avqust ayında Şuşa Hotelində rahatlıq və mədəniyyətlə dolu bir tətil planlayan qonaqlarımız üçün xüsusi fürsət hazırladıq: yalnız iyul ayı ərzində edilən rezervasiyalara 15% endirim!
Biz sizə Qarabağın qəlbində unudulmaz bir yay təqdim edirik: ✔️ Dağ mənzərəsinə açılan, rahat və zərif dizaynlı otaqlar ✔️ Zəngin səhər yeməyi və yerli dadlarla dolu Şuşa mətbəxi ✔️ Spa, hovuz və fitnes imkanları ilə bədəni və ruhu dincəldən şərait ✔️ Şuşanın mədəni və tarixi məkanlarını kəşf etmək imkanı: Cıdır düzü, Natəvanın evi, Vaqif məqbərəsi və daha çoxu
Burada hər səhər sizi səssiz, günəşli dağ mənzərəsi qarşılayacaq, gününüz Şuşanın zəngin tarixi və mədəniyyəti ilə tamamlanacaq. Axşamlar isə restoranımızın yerli təamları və sakit atmosferi ilə yadda qalacaq.
Necə rezervasiya etməli?
Avqust ayı tarixlərini seçərkən təkliflər sırasında "Yay qabaqdadır" gizli təklifinin klidini açın, sonra isə qeydiyyatı tamamlayın və endirimli qiymət avtomatik olaraq tətbiq olunacaq.
Bu yayı daha sərfəli və daha xüsusi etmək üçün fürsəti qaçırmayın – Şuşada yay tətilinizi indi rezervasiya edin!
Şuşa bu yay yenidən poeziyanın və mədəniyyətin nəfəsi ilə dolur! Azərbaycanın ən möhtəşəm festivallarından biri olan Vaqif Poeziya Günləri 17–18 iyul tarixlərində Şuşada baş tutacaq. Sizi həm bu möhtəşəm tədbirin iştirakçısı olmağa, həm də Şuşa Hotelində 10% endirim fürsətindən yararlanmağa dəvət edirik!
Bu iki gün boyunca Şuşanın tarixi məkanlarında keçiriləcək poeziya və musiqi dolu proqramı qaçırmayın: