Cıdır restoranı öz qonaqlarına ənənəvi Azərbaycan mətbəxini müasir kulinariya texnikası ilə birləşdirən təkrarsız dadlar təcrübəsi təqdim edir.
Şuşa şəhərinin simvolik Cıdır düzünün adını daşıyan yeni restoranımız Azərbaycanın zəngin mədəni irsini və müxtəlif ləzzətlərini tərənnüm edir. Bizim istedadlı aşpazlarımız müasir kulinariya tendensiyalarını və texnikalarını özündə birləşdirməklə ən yaxşı yerli inqrediyentləri, ədviyyatları və yemək ənənələrini vurğulayan menyu yaratmışlar. Restoranın gözəl interyeri isə burada qonaqların keçirdiyi vaxtı daha da unudulmaz edir.
Hotelin birinci mərtəbəsində yerləşən Şərbət Bar & Lounge müxtəlif növ içki sevərlər üçün mükəmməl yerdir. Bar qonaqlara alkoqollu və alkoqolsuz içkilər, və Azərbaycan şərablarının xüsusi diqqətlə seçilmiş çeşidini Meysəri, Savalan və Ağdam kimi şərabları təklif edir. Sizi qonaqpərvər bir atmosferdə yüksək səviyyəli xidmətlə bölgənin zəngin şərab irsini dadmağa dəvət edirik.